Millimizin futbolçusu qol ötürməsi etdi, komandası qazandı - VİDEO

Millimizin futbolçusu qol ötürməsi etdi, komandası qazandı - VİDEO

Ukrayna Premyer Liqasında 26-cı tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Mustafayevin formasını geyindiyi “Polesye” “Vorskla” ilə qarşılaşıb.

Meydan sahiblərinin 1:0 hesablı qələbəsilə başa çatan görüşdə qolun ötürməsini yığmamızın vingeri edib.

90 dəqiqə meydanda olan Mustafayev 80-ci dəqiqədə assistlə yadda qalıb.

"Polesye" hazırda 42 xalla 6-cı yerdədir.

Yarımmüdafiəçi bu mövsüm Jitomir təmsilçisinin heyətində 18 oyun keçirib, 2 qol vurub, 4 məhsuldar ötürmə edib.