Musa Qurbanlı İsveç komandasında ilk qolunu vurdu

Musa Qurbanlı İsveç komandasında ilk qolunu vurdu

1 ay əvvəl İsveçin Yüksək Liqa təmsilçisi "Yurqorden"lə müqavilə bağlayan Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı Stokholm təmsilçisinin heyətində qol hesabını açıb.

mediasport.az xəbər verir ki, matça start heyətdə başlayan gənc forvard "Sandviken"lə kubok qarşılaşmasının 12-ci dəqiqəsində fərqlənib.

Hazırda davam edən matçda Musanın komandası 4:1 hesabıyla irəlidədir.