İnkişaf Turniri: Milli komandamız Özbəkistan yığması ilə qarşılaşır

 İnkişaf Turniri: Milli komandamız Özbəkistan yığması ilə qarşılaşır

Azərbaycanın 17 yaşadək (U-17) futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün növbəti oyununu keçirəcək.

Mediasport.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komandamız “ABFF Technical Center”də Özbəkistan futbolçuları ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtilə saat 16:00-da başlanacaq.

U-17 turnir çərçivəsində ilk matçda Belarus yığmasına böyük hesabla uduzub - 0:4.

Komandamızın son sınağı aprelin 28-də Tacikistan seçməsinə qarşı olacaq.