Ölkə çempionatına yekun vuruldu
Qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub.
Mediasport.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışın ikinci günündə şpaqa növü üzrə qaliblər müəyyənləşib.
Qalib və mükafatçılar gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədov tərəfindən diplom və medallarla təltif edilib.
Xatırladaq ki, bir gün əvvəl sablya növü üzrə mükafatçılar sahiblərini tapmışdı.
Qılıncoynatmanın şpaqa növü üzrə Azərbaycan çempionatı
Oğlanlar
1-ci yer. Ruslan Həsənov
2-ci yer. Emin Səfərbəyov
3-cü yer. Oruc Misirzadə, Səid Əliyev
Qızlar
1-ci yer. Aynur Quliyeva
2-ci yer. Xədicə Həsənli
3-cü yer. Nəzrin Mehdiyeva, Nazilə Rəhimova