"Qarabağ" və "Qalatasaray" klublarının rəhbərləri İstanbulda görüşdülər

"Qarabağ" və "Qalatasaray" klublarının rəhbərləri İstanbulda görüşdülər

"Qarabağ" və Türkiyənin "Qalatasaray" futbol klublarının rəhbərliyi arasında görüş keçirilib.

mediasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin direktoru Emrah Çelikel şəxsi instaqram hesabında paylaşım edib.

Görüş "sarı-qırmızılar"ın ev oyunlarını keçirdiyi "Nef Stadionu"nda baş tutub.

Qeyd edək ki, "Qarabağ"la "Qalatasaray" 26 mart tarixində Bakıda xeyriyyə oyununda üz-üzə gəlmişdi.