Millimizin sabiq futbolçusu yenidən Rusiyada çıxış edəcək - RƏSMİ

Millimizin sabiq futbolçusu yenidən Rusiyada çıxış edəcək - RƏSMİ

Azərbaycanın U-20 milli komandasının sabiq futbolçusu Kamran Əliyev "Sumqayıt"dan ayrılıb.

Mediasport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını yenidən Rusiyada davam etdirəcək.

O, 1-ci Liqa klubu "SKA-Xabarovsk"a keçib.

Rusiya klubu Əliyevlə 1 illik müqavilə bağladığını açıqlayıb.

Xatırladaq ki, Kamran 2021-2022-ci illərdə Xabarovsk klubunda 28 oyun keçirib.

Rusiya vətəndaşlığı da olan futbolçu "Ximki"nin yetirməsidir və Sumqayıt təmsilçisinə 2023-cü ildə Tula "Arsenal"Lndan transfer edilmişdi.