AVRO-2024: Millimiz seçmə mərhələni darmadağınla bitirib

AVRO-2024: Millimiz seçmə mərhələni darmadağınla bitirib

Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2024-ün seçmə qruplarında sonuncu oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv ümumilikdə mərhələnin 10-cu turu çərçivəsində Brüsseldə qrupun favoriti və qitə çempionatına vəsiqəni əvvəlki turlarda təmin etmiş Belçika yığmasının qonağı olub.

Domeniko Tedeskonun komandası seçməmizə böyük hesabla qalib gələrək qrupu birinci pillədə başa vurub.

Azərbaycan yığması isə tsikli 7 xalla 4-cü pillədə yekunlaşdırıb.


AVRO-2024. Seçmə qrup mərhələsi. 10-cu tur


21:00 Belçika - Azərbaycan 5:0

Qollar: Romelu Lukaku, 17, 26, 30, 37, Leandro Trossar, 90.

Baş hakim: Gerqo Boqar

Yan xətt hakimləri: Teodoros Georgiu, Balaş Şalai

Dördüncü hakim: Ferens Karako (hamısı Macarıstan)

Qırmızı vərəqə: Eddi İsrafilov, 24.

Belçika: Koen Kastels, Yan Vertongen, Vaut Fas, Timoti Kastanye, Artur Teate, Aster Vrankx, Orel Manqalya, Leandro Trossard, Yohan Bakayoko, Romelu Lukaku (k), Jeremi.

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Rahil Məmmədov, Höccət Haqverdi, Toral Bayramov, Emin Mahmudov (k), Eddi İsrafilov, Aleksey İsayev, Mahir Emreli, Renat Dadaşov.