Bəhram Rəcəbzadədən qələbə təəssüratları: "Çox kövrəldim"
Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə "Glory”də növbəti döyüşünü keçirib.
Mediasport.az xəbər verir ki, 32 yaşlı idmançı Niderlandda baş tutan döyüşdə şimali makedoniyalı Daniel Stefanovskini məğlub edib.
Rəqibinə 22-ci raundda qalib gələn Rəcəbzadə qələbə təəssüratlarını bölüşüb:
“Çox kövrəldim. Bu qədər türklüyü, Azərbaycanı, mənliyini sevən millətimin mənə dəstək olması çox qürurvericidir. Çoxlu sayda döyüşlər keçirməmə baxmayaraq, özümü əla hiss edirəm. Bu qədər sevənin varsa, başqa necə ola bilərsən? Gələn il bir planım var. Kəmər döyüşü keçirmək istəyirəm. Robbi Timmers, azarkeşlər bunu istəyir”.
Xatırladaq ki, Rəcəbzadə peşəkar rinqdə 74 döyüş keçirib, 70 qələbə qazanıb, 4 dəfə məğlub olub.