"Lill"də oynamış Serbiya millisinin üzvü Azərbaycan çempionunda!
UEFA Çempionlar Liqasında iştirak edəcək futzal üzrə "Araz-Naxçıvan" komandası transfer çalışmalarını davam etdirir.
mediasport.az xəbər verir ki, ölkə çempionu daha bir legionerin keçidini reallaşdırıb.
Serbiya millisinin üzvü Lazar Milosavlyeviç qitəmiqyaslı yarışda təmsilçimizin formasını geyinəcək.
25 yaşlı futzalçının son klubu “Lill" (Fransa) olub.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç, Husniddin Nişonov və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.