Futzal üzrə FİFA hakimimiz Çempionlar Liqası oyunlarında
Futzal üzrə FİFA referisi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb.
mediasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Əmiraslanov futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Qeyd edək ki, Albaniyanın “Tirana Futzal”, Bosniya və Herseqovinanın KMF “Radnik Bijeljina”, Uelsin “Cefn Druids” və Şimali İrlandiyanın “Sparta Belfast” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 23-dən 26-dək Albaniyada təşkil olunacaq.