AFFA Mirbağır İsayevi 3 aylıq futboldan kənarlaşdırdı, baş məşqçiyə isə 5 oyunluq cəza verildi
AFFA İntizam Komitəsi "Səbail"in akademiyasının koordinatoru Mirbağır İsayevə ağır cəza verib.
mediasport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis U-17 Liqasında "Turan Tovuz"la matçda rəsmi şəxsləri təhqir edib.
Nəticədə İsayevin üç ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməyinə qadağa qoyulub. Bayıl klubu bununla yanaşı, 4 min manat da cərimə ödəyəcək.
Paytaxt təmsilçisinin baş məşqçisi Yaşar Abuzərov isə 5 oyunluq cəza ilə üzləşib. Mütəxəssis 86-cı dəqiqədə meydana daxil olduqdan sonra hakimi təhqir edib və qırmızı vərəqə alıb.