Türkiyə nəhəngi Renat Dadaşov üçün İsveçrə klubu ilə danışıqlara başladı
Ötən mövsümü İsveçrənin "Qrasshopper" klubunda keçirən futbol üzrə Azərbaycan milli komandasının üzvü Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.
MediaSport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun xidmətində Superliqa nəhənglərindən "Trabzonspor" maraqlıdır.
Qaradəniz təmsilçisi klubu ilə 2024-cü ilin yayınadək müqaviləsi olan Renatı icarəyə götürmək istəyir. Türklərin qarşı tərəflə danışıqlar apardığı bildirilir.
Bildirək ki, Dadaşov geridə qalan mövsüm "Qrasshopper"in heyətində 34 oyuna 8 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.