"Qarabağ"ın Çempionlar Liqası matçının biletləri satışa çıxarıldı

"Qarabağ"ın Çempionlar Liqası matçının biletləri satışa çıxarıldı

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Ludoqores" (Bolqarıstan) oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 12:00-dan etibarən əldə etməyə başlayıblar.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları. 

Xatırladaq ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq.

Cavab görüşü bir həftə sonra Bolqarıstanda olacaq.