"Dinamo" Mahir Emrelini Avropa Konfrans Liqası üçün sifariş edib

"Dinamo" Mahir Emrelini Avropa Konfrans Liqası üçün sifariş edib

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində İspaniyanın “Betis” komandasına qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Mediasport.az xəbər verir ki, 32 futbolçunun yer aldığı siyahıda Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin də adı var.

Qış fasiləsində zədələnən 27 yaşlı forvardın bugünlərdə məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, “Dinamo”nun ispanlarla ilk dueli fevralın 15-də İspaniyada, cavab görüşü bir həftə sonra Xorvatiyada keçiriləcək.