Motosikl həvəskarı Emil Balayevdən "Prius" məsləhəti
“Səbail”in qapıçısı Emil Balayev klubun instaqram səhifəsinə müsahibə verib.
mediasport.az xəbər verir ki, maraqlı vərdişlərindən, motosikl həvəskarı olmasından danışan 28 yaşlı qolkiper sürücülərə məsləhət də verməyi unutmayıb:
“Motosiklet sürməyi sevirəm. Sürənlərə də deyirəm ki, “Prius”lardan uzaq durun (gülür). Həm də yol-hərəkəti qaydalarına əməl etsinlər. Atalar sözümüz var ki, ehtiyat igidin yaraşığıdır. Düzdür, motosikleti idarə etmək təhlükəlidir. Amma düzgün istifadə etsən, müəyyən limitləri aşmasan, elə də qorxulu deyil”.