Musa heyətdən kənarda qaldı, komandası liderliyə yüksəldi
Futbol üzrə İsveç Superliqasında 3-cü turun görüşləri keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" evdə "Sirius"dan üstün olub (2:0).
22 yaşlı forvardın adı bu dəfə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
"Yurqorden" hazırda turnir cədvəlində 3 oyundan sonra 7 xalla 1-ci pillədədir.