Mahir "Konyaspor"dan ayrıldı - FOTO
Yanvarda Türkiyə Superliqasına yollanan futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli "Konyaspor"dan ayrılıb.
mediasport.az xəbər verir ki, müqavilə ilə Xorvatiya "Dinamo"suna məxsus 26 yaşlı forvard liqanın son turunun "Beşiktaş"la səfər görüşünün ardından sosial şəbəkə hesabında "Hər şey üçün təşəkkürlər" - vida mesajı paylaşıb.
"Vodafone Park"da "qara qartallar"ın qapısına qol vuraraq komandasının səfərdən 1 xalla dönməsində yardımçı olan (3:3) Emreli icarə müddəti başa çatdığı üçün Zaqreb klubuna geri qayıdacaq.
Qeyd edək ki, təmsilçimiz Türkiyə klubunda 12 oyun keçirib, 2 qol vurub.