Millimiz Slovakiyadan sonra Bolqarıstanla qarşılaşacaq

Millimiz Slovakiyadan sonra Bolqarıstanla qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv iyunun 11-də "Liv Bona Dea Arena"da Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Görüş saat 20:00-da başlanacaq.

U-21 bunadək iyunun 7-də, Bakı vaxtı ilə saat 20:30-da Seneç şəhərində yerləşən Təlim-Məşq Mərkəzində Slovakiya yığması ilə də yoldaşlıq görüşü keçirəcək.