Ərəblərin ən bahalıları: Ronaldo və Benzema siyahıda yer almayıb

Ərəblərin ən bahalıları: Ronaldo və Benzema siyahıda yer almayıb

Məşhur "Transfermarkt" portalı Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edən ən bahalı futbolçuların siyahısını tərtib edib.

Mediasport.az xəbər verir ki, 15 milyon avro qiymətləndirilən "Əl-Nəsr"in futbolçusu Kriştianu Ronaldu ilə "Əl-İttihad"ın forvardı Kərim Benzema "10-luq"dan kənarda qalıblar.

Reytinqdə birinci yeri 50 milyon avro ilə "Əl-Hial"da çıxış edən braziliyalı Neymar tutur.

Onun komanda yoldaşları Ruben Neveşlə Sergey Milinkoviç-Saviç (hər ikisi 40 milyon avro) 2-3-cü yerləri bölüşdürürlər.

"Əl-İttihad"dan Fabinyo (38 milyon avro), "Əl-Nəsr"dən Otavio (35 milyon avro), "Əl-Əhli"dən Qabriel Veyqa (30 milyon avro), "Əl-Hilal"dan Malkom (30 milyon avro), "Əl-Əhli"dən Rojer İbanyes (28 milyon avro), "Əl-Hilal"dan Aleksandr Mitroviç (28 milyon avro), "Əl-Nəsr"dən Aymerik Laport (25 milyon avro) növbəti sıralarda qərarlaşıblar.