"İdmanxeber.az" yubileyini qeyd edir

"İdmanxeber.az" yubileyini qeyd edir

Bu gün idman mətbuatının aktiv xəbər portallarından "İdmanxeber.az" saytı yubileyini qeyd edir.

2013-cü ilin avqustunda yaradılmış saytın 10 yaşı tamam olur.

mediasport.az saytı adından oxucularına daim maraqlı xəbərlər, məlumat və yazılar, reportajlar təqdim edən "İdmanxeber.az"ın baş redaktoru Səxavət Qurbanovu və orada çalışan bütün həmkarlarımızı təbrik edir, bol-bol uğurlar, yeni-yeni xəbərlər arzulayırıq.

10 illiyiniz mübarək!