Nazirlər Goranboyda bu klubun açılışına qatıldı

Nazirlər Goranboyda bu klubun açılışına qatıldı

Gənclər və İdman naziri Fərid Qayıbov, Kənd Təsərrüfatı naziri, Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov və Milli Məclisin deputatı Anar Məmmədov Goranboy Olimpiya İdman Kompleksinin nəzdində açılan “Qala” ağır atletika idman klubunda yaradılan şəraitlə tanış olub.

MediaSport.az xəbər verir ki, idman klubunda regionlarda idmanın inkişafına dəstək məqsədilə rayonun yeniyetmə və gənc atletləri, həmçinin digər yaşlardan olan insanlar həm peşəkar, həm də həvəskar qaydada məşğul ola biləcəklər.

Klubun açılış mərasimində qonaqlar məşq prosesini canlı izləyiblər. Qeyd olunub ki, ölkəmizdə ağır atletika böyük inkişaf mərhələsindədir və bunda ölkə rəhbərliyinin həyata keçirdiyi idman siyasəti böyük rol oynayır.