Sabah yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürəcək

Sabah yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürəcək

Sabah Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start veriləcək.

mediasport.az xəbər verir ki, iki gün davam edəcək yarışda paytaxtın müxtəlif idman klubları və cəmiyyətlərinin atletləri ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Bərdə, Astara, Quba, İsmayıllı, Xızı və Beyləqan təmsilçiləri mübarizə aparacaqlar.

Yarışlar ADBTİA-nın stadionunda keçiriləcək.