"Sabah" qrup qalibi ola biləcək? - Avropa Kubokunda həlledici oyun
“Sabah” basketbol komandası FİBA Avropa Kubokunun qrup mərhələsində bu gün son oyununu keçirəcək.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada Rumıniya klubu “Rapid”lə qarşılaşacaq.
Hər iki tərəf ilk iki matçda qələbə qazandığından bu görüş həlledici olacaq. Qrup qalibi növbəti mərhələyə vəsiqə qazanacaq.
Məğlub olan kollektiv qrup ikinciləri arasında ən yaxşı iki nəticədən birinə ümid edəcək.
Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.
“Sabah” qrupun əvvəlki duellərində Niderland təmsilçisi “Donar”ı 75:72, Şimali Makedoniya klubu “Rabotniçki”ni isə 83:81 hesabı ilə məğlub edib.