"Sabah" tarixində ilk qələbəsini qazanıb - FİBA Avropa Kuboku

"Sabah" tarixində ilk qələbəsini qazanıb - FİBA Avropa Kuboku

Avrokuboklarda debüt edən “Sabah” basketbol klubu tarixində ilk qələbəsini qazanıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu FİBA Avropa Kubokunun müntəzəm mövsümünün qrup mərhələsində Bakıda Monteneqronun "Mornar" klubundan üstün olub.

Qrupun ilk 3 matçında məğlub olan təmsilçimiz qonaqlara 81:74 hesabı ilə qalib gəlib.