Fransa Liqa 1 klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

 Fransa Liqa 1 klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

"Qarabağ"ın vingeri Abdullah Zubir karyerasını Fransada davam etdirə bilər.

Mediasport.az xəbər verir ki, cinah futbolçusu ilə Liqa 1 təmsilçisi “Tuluza” maraqlanır.

Bu barədə yerli “lequotidiendusport.fr” saytı məlumat yayıb.

Qeyd olunub ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəlb edən Mərakeş əsilli fransalının Ağdam klubundan ayrılması gözlənilir.

Daha əvvəl Fransa çempionatında “Lans” və “Qrenobl” klublarının formasını geyinmiş 32 yaşlı futbolçunun “Tuluza”ya keçəcəyi istisna olunmur.

Qeyd edək ki, Şotlandiya və Rumıniya klublarının da maraq dairəsində olan Zubirin "Qarabağ"la müqaviləsinin müddəti yayda başa çatır.