"Neftçi" jurnalistlərin qarşısına bu dəfə Rəhman Hacıyevi çıxaracaq

"Neftçi" jurnalistlərin qarşısına bu dəfə Rəhman Hacıyevi çıxaracaq

"Neftçi"nin futbolçusu Rəhman Hacıyevin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Mediasport.az xəbər verir ki, noyabrın 29-da saat 10:45-də "Neftçi Arena"da təşkil olunacaq tədbirdə təcrübəli yarımmüdafiəçi media nümayəndələrinin suallarını cavablandıracaq.

Xatırladaq ki, Hacıyev Premyer Liqanın 14-cü turunda "Araz-Naxçıvan"a qarşı matçda "Neftçi"də 200-cü oyununa çıxıb.