Dadaşov "Şalke"dən rəsmən ayrıldı
2013/2019-cu illərdə futbol üzrə Azərbaycan milli komandasında çıxış etmiş Rüfət Dadaşov “Şalke”dən rəsmən ayrılıb.
mediasport.az xəbər verir ki, yığmamızın heyətində keçirdiyi 24 oyunda 5 qol vurmuş forvard bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Yeni mövsümdən Berlin “Dinamo"sunda forma geyinəcək 32 yaşlı hücumçu “Şalke”ni unutmayacağını yazıb: "Kimsə məndən "Şalke"nin necə klub olduğunu soruşsaydı, pozitiv, çılğın, ailəvi və eyni zamanda təsəsvvürolunmaz deyərdim. “Şalke” heç vaxt unuda bilməyəcəyim klubdur. Onlar mənə ikinci Bundesliqada debüt etmək şansı yaratdı. Kapitanlıq məsuliyyətini də verdilər".
“Saarbrükken”, “Kayzerslauten”, “Pröyssen Münster” və “Feniks Rizinq” klublarında oynamış Dadaşov "Şalke"yə 2021-ci ildə keçmişdi. Əsas komandada 2, əvəzedici heyətdə 44 matça çıxıb, 22 qol vurub.