Şabi Alonso "Qarabağ"la matç haqda: "Bir neçə səhv etdik"

Şabi Alonso "Qarabağ"la matç haqda: "Bir neçə səhv etdik"

UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi "Bayer"in baş məşqçisi Şabi Alonso ötən həftə Bakıda baş tutmuş qarşılaşma barədə fikirlərini bölüşüb.

Mediasport.az xəbər verir ki, ispan çalışdırıcı 2:2 hesabı ilə başa çatan görü.ü şərh edib.

43 yaşlı mütəxəssis Azərbaycan çempionu ilə matçda çox səhvə yol veridklərini deyib:

"Bizim məqsədimiz daim yaxşı oynamaq və bundan zövq almaqdır. Lakin bu, hərdən alınmır. "Qarabağ"la görüşdə bir neçə səhv etdik, əsasən ilk hissədə oyuna nəzarət bizdə deyildi. Bunların üzərində çalışırıq, inkişaf etməliyik. Bakıdan qayıdanda təyyarədə buraxdığımız səhvləri müzakirə etdik".

Xatırladaq ki, komandalar arasında cavab dueli martın 14-də Almaniyada keçiriləcək.