Paytaxt klubunun üzvü 5 ay futbolsuz qalacaq: Əməliyyat olunacaq
"Matç TV Kuboku"nda Serbiyanın "Srvena Zvezda" komandası ilə oyunda zədələnmiş "Neftçi"nin qapıçısı Emil Balayev ciddi zədə alıb.
MediaSport.az xəbər verir ki, bu barədə məlumatı "ağ-qaralar"ın həkimi Şaiq Zöhrablı verib.
Tibbi personal oyunçunun müayinədən keçdiyini bildirib: "Emil Balayev axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Qapıçı təqribən 5 ay yaşıl meydanlardan kənarda qalacaq".
Qeyd edək ki, "Neftçi"nin Rusiyadakı turnirin ilk görüşü çərçivəsində "Zenit"lə baş tutmuş qarşılaşmasında digər qapıçısı Aqil Məmmədov da ciddi zədə alaraq meydanı xərəkdə tərk edtmişdi.