"Qarabağ"ın "Malmö" ilə oyunu yunanıstanlı hakimlərə tapşırıldı

"Qarabağ"ın "Malmö" ilə oyunu yunanıstanlı hakimlərə tapşırıldı

UEFA Avropa Liqasının əsas mərhələsinin 2-ci turunun "Qarabağ" - "Malmö" oyununun hakimləri məlum olub.

Mediasport.az xəbər verir ki, görüşə yunanıstanlı hakimlər təyinat alıblar.

Anastasios Papapetrou qarşılaşmanın baş hakimi olacaq. Ona Trifon Petropoulos və Yordanis Aptosoqlou kömək edəcəklər. Angelos Evangelou dördüncü hakim, Athanasios Tzilos VAR Aleksandros Tsakalidis AVAR funksiyasını yerinə yetirəcək.

"Qarabağ" - "Malmö" qarşılaşması 3 oktyabrda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.