Türkiyə çempionu Namiq Ələsgərovun transferi üçün danışıqlara başladı
"Sabah"ın yarımmüdafiəçisi Namiq Ələsgərov karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
MediaSport.az saytına verilən məlumata görə, 2-ci liqada çempion olaraq 1-ci liqaya vəsiqə qazanan "Kocaelispor" 28 yaşlı futbolçunu heyətinə qatmağa çalışır.
Kocaeli təmsilçisi 2021/2022-ci illər mövsümündə "Bursaspor"un formasını geyinmiş Namiqin keçidi üçün qarşı tərəflə danışıqlara başlayıb.
"Sabah"da əsas heyətə düşməkdə çətinlik çəkən millimizin üzvünün Kocaeli klubuna müsbət cavab verəcəyi inandırıcı görünmür. Masazır təmsilçisi tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb və baş məşqçi Murad Musayev son açıqlamasında ona ehtiyaclarının olduğunu deyib.
Ələsgərov "Bursaspor"da 32 oyuna 6 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Klub 3-cü liqaya düşdükdən sonra iflasa uğrayıb və sərbəst buraxılan bütün futbolçular kimi, o da Azərbaycana qayıdıb.