"Neftçi" Polşa klubuna uduzdu

"Neftçi" Polşa klubuna uduzdu

"Neftçi" Antalya toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.

mediasport.az xəbər verir ki, Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv Polşanın "Miedz" komandası ilə qarşılaşıb. Matç "ağ-qaralar"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Neftçi"nin heyətində Ağadadaş Salyanski fərqlənib.

"Neftçi" Antalyadakı ilk yoxlama matçında Macarıstan təmsilçisi “Vaşaş” ilə 1:1 hesablı heç-heçə edib. Bakılılar son sınaq matçın çərçivəsində yanvarın 19-da "Srvena Zvezda" ilə üz-üzə gələcək.