"Qarabağ"ın futbolçusu beynəlxalq turnirin ən yaxşısı seçilib
Belarusda “Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandasının iştirakı ilə keçirilən “Bizim gələcəyimiz” turnirinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, paytaxt Minskdə təşkil olunan yarışın qalibləri və ən yaxşılarının mükafatlandırma mərasimi baş tutub.
5-ci yeri tutan Ağdam klubunun futbolçusu Əli Bəşirov turnirin ən yaxşı yarımmüdafiəçisi seçilib. Ona diplom və hədiyyə təqdim olunub.
Qeyd edək ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 turnirdə beş oyun keçirib.
“Qarabağ” qrup mərhələsində Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edib, Belarusun BATE komandası ilə bərabərə qalıb – 1:1.
1/4 finalda Belarus təmsilçisi ROEM-BDU ilə qolsuz heç-heçə edən “Qarabağ” penaltilər seriyasında 6:7 hesabı ilə uduzub. 5-8-ci yerlər uğrunda matçda isə komandamız yerli “İsloç”a, ardınca Rusiya “Baltika”sına eyni – 1:0 hesabı ilə qalib gəlib.