"Qarabağ"ın futbolçusu Türkiyədə!
"Qarabağ"ın futbolçusu Hamidu Keyta karyerasını Türkiyədə davam etdirəcək.
Mediasport.az xəbər verir ki, 30 yaşlı vinger Superliqa təmsilçisi "Konyaspor"la anlaşıb.
Fransalı futbolçunun bu axşam müqavilə bağlayacağı bildirilir.
Məlumata əsasən, tərəflər arasında anlaşma iki illik razılaşdırılıb.
Xatırladaq ki, Ağdam klubuna 2023-cü ilin iyununda "Zirə"dən gələn Keyta "köhlən atlılar"ın heyətində Premyer Liqada 31 (7 qol), Azərbaycan Kubokunda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib.