"Neftçi" Türkiyəyə yardım göndərdi
“Neftçi” Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün yardım göndərib.
mediasport.az xəbər verir ki, “ağ-qaralar”ın bazasında yardım üçün hazırlanan qutuların daşınmasında futbolçular da iştirak ediblər.
Kapitan Emin Mahmudov, həmçinin, Azər Salahlı, Höccət Haqverdi, Kilan Lebon, Vojislav Stankoviç və Mərt Çelik işçilərə dəstək olublar.
Fevralın 6-da baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.