Avropa Kuboku mükafatçısı Murad Heydərli 27 yaşında vəfat edib

Avropa Kuboku mükafatçısı Murad Heydərli 27 yaşında vəfat edib

Azərbaycanın tanınmış cüdoçusu, məşqçi Murad Heydərli vəfat edib.

Mediasport.az xəbər verir ki, 27 yaşlı idmançı xəstəlikdən dünyasını dəyişib.

O, "Abşeron" İdman Klubunun baş məşqçisi və rəhbəri kimi fəaliyyət göstərirdi.

M.Heydərli gənclər arasında Avropa Kubokunun 3-qat bürünc mükafatçısı olub.

Beynəlxalq Cüdo Federasiyası Akademiyasının məzunu İdman ustası idi.

Məlumatı Azərbaycan Cüdo Federasiyası təsdiq edib.

Allah rəhmət eləsin!