“Neftçi”dən ölkə çempionatları tarixində bir mövsümdə antirekord
“Neftçi” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə səfər oyunlarında 23 qol buraxıb.
Mediasport.az xəbər verir ki, bu rəqəm XXXIII turun “Qarabağ”la matçından sonra belə yüksək həddə çatıb.
Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antirekordunu təkrarlayıb.
“Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə ən çox səfər qolu buraxması 2013/14 mövsümündə qeydə alınmışdı.
Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb.
Həmin göstərici 10 ildən sonra təkrarlanıb.