"Neftçi"nin Çempionlar Liqasında potensial rəqibləri müəyyənləşdi
2007/2008-ci illər mövsümündən sonra ilk dəfə qadın futbolçular arasında UEFA Çempionlar Liqasında iştirak edəcək Azərbaycan təmsilçisi "Neftçi"nin 2024/2025-ci illər mövsümünün 1-ci tisnfat mərhələsində potensial rəqibləri məlum olub.
Mediasport.az xəbər verir ki, püşkatma mərasimi iyulun 5-də İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək.
Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə son ölkə çempionu “Neftçi”nin də rəqibləri müəyyənləşəcək.
Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda yarışa 1-ci mərhələdən qoşulacaq.
Çempionlar yolunun bu raundunda 43 komanda mübarizə aparacaq.
İştirakçılar 10-da 4, birində 3 klub olmaqla, ümumilikdə, 11 qrupa bölünəcək və hər qrupun oyunu bir ölkədə təşkil olunacaq.
Qrupların yarımfinalları sentyabrın 4-də, final və 3-cü yer uğrunda matçları 7-də baş tutacaq. 11 qalib 2-ci mərhələdə “Slaviya” (Çexiya), “Roma” (İtaliya) və “Hammarbü”yə (İsveç) qoşulacaq.
Buradakı 7 cüt öz arlarında qrup mərhələsinə vəsiqələrin sahiblərini müəyyənləşdirəcək.
Püşk öncəsi komandalardan 22-si səpələnmiş, 21-i səpələnməmişlərə bölünüb.
Səpələnməmişlər sırasında yer alan "Neftçi" Ermənistan klubu ilə qarşılaşa bilməz.
Faktiki təmsilçimizin 41 mümkün rəqibi var: 22-si səpələnmiş, 19-u səpələnməmiş.
UEFA Çempionlar Liqası. I mərhələ. Çempionlar yolu
Səpələnmişlər
“Benfika” (Portuqaliya)
“Tvente” (Niderland)
“Vlajniya” (Albaniya)
“Valarenqa” (Norveç)
“Sankt-Pölten” (İsveçrə)
“BİİK-Şımkənd” (Qazaxıstan)
“Vorskla” (Ukrayna)
“Apollon” (Kipr)
“Anderlext” (Belçika)
“Valur” (İslandiya)
“Sarayevo” (Bosniya və Herseqovina)
“Ferensvaroş” (Macarıstan)
“Servette” (İsveçrə)
“Mura” (Sloveniya)
“Gintra” (Litva)
“Dinamo-BSU” (Belarus)
PAOK (Yunanıstan)
“Brejniça” (Monteneqro)
“Yunion” (Lüksemburq)
“Kups” (Finlandiya)
“Mitroviça” (Kosovo)
“Osiyek” (Xorvatiya)
Səpələnməmişlər
“Seltik” (Şotlandiya)
“Aqarista” (Moldova)
“Birkirkara” (Malta)
RFS (Latviya)
“Flora” (Estoniya)
“Kiryat Qat” (İsrail)
“Lançxuti” (Gürcüstan)
“NSA Sofiya” (Bolqarıstan)
“Klaksvik” (Farer adaları)
“Norşelland” (Danimarka)
“Spartak Miyava” (Slovakiya)
“Pimunt Yunayted” (İrlandiya)
“Qlentoran” (Şimali İrlandiya)
“Lyüboten” (Şimali Makedoniya)
“Srvena Zvezda” (Serbiya)
“Kardiff Siti” (Uels)
“Poqon” (Polşa)
“Farul” (Rumıniya)
“Qalatasaray” (Türkiyə)
“Neftçi” (Azərbaycan)
“Pünik” (Ermənistan)