AVRO-2025: Millimizin Avropa çempionatında rəqibləri bilinəcək

AVRO-2025: Millimizin Avropa çempionatında rəqibləri bilinəcək

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının AVRO-2025-in seçmə mərhələsində rəqibləri bu gün məlum olacaq.

Mediasport.az xəbər vcerir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

3 liqadan ibarət olacaq yeni formatlı turnirdə A və B liqalarında 16, C liqasında isə 19 komanda mübarizə aparacaq.

B liqasında yarışacaq millimiz püşkatma zamanı 4-cü - sonuncu səbətdə yer alacaq.

Qitə birinciliyinin seçmə qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək.

Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.


B liqasının səbətləri

1-ci səbət: Portuqaliya, İsveçrə, Şotlandiya, Uels;

2-ci səbət: Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Macarıstan;

3-cü səbət: Slovakiya, Şimali İrlandiya, Ukrayna, Türkiyə;

4-cü səbət: Malta, İsrail, Kosovo, Azərbaycan.