"Neftçi" çempion! "Ağ-qaralar" Çempionlar Liqasında oynayacaq

"Neftçi" çempion! "Ağ-qaralar" Çempionlar Liqasında oynayacaq

"Neftçi”nin qadınlardan ibarət komandası Yüksək Liqada bu mövsüm sonuncu oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 18-ci turda “İnter” (Xaçmaz) klubu ilə qarşılaşıb.

"Neftçi” Futbol Mərkəzində baş tutan görüşdə 14:0 hesabı ilə qalib gələn “ağ-qaralar” ölkə çempionu olublar.

Beləliklə, qadınlar arasında keçiriləcək UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanan paytaxt təmsilçisi bununla da Azərbaycan futbolu tarixində daha bir ilkə imza atıb.