"Neftçi"dən yola salınan Bojoviçin yeni iş yeri müəyyənləşdi - RƏSMİ

"Neftçi"dən yola salınan Bojoviçin yeni iş yeri müəyyənləşdi - RƏSMİ

Mövsümün sonunda "Neftçi"dən yola salınan baş məşqçi Miodraq Bojoviçin yeni iş yeri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, monteneqrolu mütəxəssis İran Pro Liqasında çalışacaq.

56 yaşlı məşqçi Xuzistan təmsilçisi "İstiqlal"la anlaşıb.

Komanda ötən mövsüm İran çempionatını 14-cü yerdə başa vurub.