Daha bir komandanın Premyer Liqaya vəsiqə qazanması RƏSMİləşdi
2023-2024-cü illər mövsümündə futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edəcək daha bir klubun adı müəyyənləşib.
mediasport.az xəbər verir ki, Çempionşipdə lider "Börnli"nin ardından “Şeffild Yunayted” də yenidən elitada mübarizə aparmaq hüququ qazanıb.
Dünyanın ən qədim klublarından Şeffild təmsilçisi 44-cü tur çərçivəsində “Vest Bromviç”ə qalib gələrək (2:1) 85 xalla ikinci pillədəki yerini rəsmiləşdirib.
Mövsümün başa çatmasına 2 tur qaldığını nəzərə alsaq, turnir cədvəlində 3-cü yerdə dayanan "Luton"un aktivindəki 78 xalla "Şeffild Yunayted"ə çatması mümkünsüzdür.