"Neftçi"nin potensial rəqibləri Bakı öncəsi vurhavur saldılar - VİDEO

"Neftçi"nin potensial rəqibləri Bakı öncəsi vurhavur saldılar - VİDEO

Futbol üzrə Avropa Konfrans Liqasının I təsnifat mərhələsinin ilk görüşləri keçirilib.

MediaSport.az xəbər verir ki, yarışın II təsnifat mərhələsində "Neftçi"nin potensial rəqiblərindən olacaq "Jelezniçar" (Bosniya və Herseqovina) və "Dinamo" (Minsk) komandalarının Sarayevoda keçirilmiş görüşündə qapılara 4 qol vurulub.

Bu komandaların cavab qarşılaşması iyulun 20-də Bakıda - "Azərsun Arena"da keçiriləcək.