“Neftçi”nin Səudiyyə Ərəbistanı klubu ilə oyunu ləğv olundu
Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin dördüncü yoxlama oyunu ləğv olunub.
Mediasport.az xəbər verir ki, buna səbəb rəqib komanda “Əl-Oruba”nın (Səudiyyə Ərəbistanı) matçdan imtina etməsidir.
Əvəzində “ağ-qaralar” ikitərəfli oyun keçirəcək.
Qeyd edək ki, Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor”a (2:1) və “Ərzurumspor” (0:0) klubları ilə sınaq matçında qarşılaşmış "Neftçi" toplanışı başa vuraraq sabah Bakıya qayıdacaq.