Adrian Mutu razılıq verdi: "Zenit" Bakıya gələcək - DƏQİQLƏŞDİ

Adrian Mutu razılıq verdi: "Zenit" Bakıya gələcək - DƏQİQLƏŞDİ

"Zenit"in Azərbaycana səfər edəcəyi dəqiqləşib.

mediasport.az bu barədə "Neftçi"dən dəqiq məlumat əldə edib.

İnformasiyaya görə, iki klub arasında Bakıda yoxlama görüşləri keçiriləcək. Dəqiq vaxt və oyun sayı müəyyənləşməsə də, azı 2 matç planlaşdırılır və qarşılaşmalar noyabrda milli komandaların seçmə mərhələ oyunları zamanı təşkil olunacaq.

"Ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu hazırlıq görüşlərinin keçirilməsində problem görmədiyini qeyd edib. Paytaxt təmsilçisi Rusiya klubuna məktub yazaraq razılığını verib.

Qeyd edək ki, komandalar 2 ay əvvəl Sankt-Peterburqda təşkil edilmiş "MATC TV" turnirində üz-üzə gəlib və Rusiya təmsilçisi qələbə qazanmışdı - 3:1.