"Neftçi"nin sabiq futbolçusu 2-ci Liqada 15 dəqiqəyə 3 qol vurub

 "Neftçi"nin sabiq futbolçusu 2-ci Liqada 15 dəqiqəyə 3 qol vurub

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 4-cü tura start verilib.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Saatlıda oynanılmış "Kür-Araz" - "Kürmük-Qax" duelində qapılara 9 qol vurulub. Meydan sahiblərinin heyətində Azərbaycan yığması və "Neftçi"nin sabiq futbolçusu Cavid İmamverdiyev 15 dəqiqəyə het-trik edib.

Turun qalan matçları bu gün və sabah keçiriləcək.


Azərbaycan 2-ci Liqası. 4-cü tur


25 sentyabr


“Qusar” – “Göygöl” 1:1

“Şəfa” – “Şəmkir” 3:2

“Kür-Araz” – “Kürmük-Qax” 6:3




26 sentyabr

15:00 “Şahdağ-Qusar” – “Cəbrayıl”

15:00 “Baku Sportinq” – “Şəki Siti"

15:30 “Ağdaş” – “Lerik”


27 sentyabr

15:00 “Dinamo” – “Füzuli”