Azərbaycanda 6 ay əvvəl yaradılmış klubu dağıtdılar!

Azərbaycanda 6 ay əvvəl yaradılmış klubu dağıtdılar!

Futbol üzrə Azərbaycan 2-ci Liqasında mübarizə aparan "Şəfa"da radikal dəyişikliklər reallaşıb.

Mediasport.az xəbər verir ki, liqada ilk dövrədə fiasko ilə üzləşən komandanın baş məşqçisi Əli Əliyev istefaya göndərilib.

Onu Elşad Məmmədov əvəzləyəcək.

Bundan başqa, klubun 19 futbolçusu yola salınıb. Komanda ikinci dövrəyə qədər yenidən formalaşdırılacaq.

Qeyd edək ki, "Şəfa" 2-ci Liqada 14 trudan sonra 14 komanda arasında 4 xalla sonuncudur.