"Şəfa"nı bu tur da darmadağın ediblər - Azərbaycan 2-ci Liqası

"Şəfa"nı bu tur da darmadağın ediblər -  Azərbaycan 2-ci Liqası

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 3-cü tura start verilib.

Mediasport.az xəbər verir ki, bu gün baş tutan görüşlərin ikisində meydan sahibləri, digərində qonaqlar qələbə qazanıblar.

Çempionatda iştirakı son anda müəyyənləşən "Şəfa" növbəti dəfə darmadağınla üzləşib - 1:6. "Şəfa" ötən tur "Şəki Siti"yə 0:6 hesabı ilə məğlub olmuşdu.


Azərbaycan 2-ci Liqası. 3-cü tur


"Şəki Siti" - "Ağdaş" 2:1

Qollar: Ceyhun Rəcəbli, 79, Ravil Yusifli, 82 - Oleq Xəlilov, 54


"Kürmük Qax" - "Cəbrayıl" 0:3

Qollar: Əli Nəcəfli, 16, 20, Mübariz Hüseynzadə, 90+6


"Lerik" - "Şəfa" 6:1

Qollar: Kamran Abdullazadə, 6, Qədir Həsənov, 7, Zaur Nuruzadə, 44, Balarza Qədirli, 45+1, Şəhriyar Zərbəliyev, 56, Vusal Nuriyev, 90+2 - Sahib Cümşüdov, 36