Rəqibə təcavüzkar davranan “Neftçi”nin futbolçusunun CƏZASI
Əvəzedicilər Liqasının 3-cü turu çərçivəsində keçirilmiş “Sabah-2” - "Neftçi-2" matçında rəqibin futbolçusuna qarşı təcavüzkar davranışa yol vermiş qonaqların oyunçusu Rüfət Abbasovun cəzası müəyyənləşib.
mediasport.az xəbər verir ki, AFFA İntizam Komitəsi rəqib oyunçunu bilərəkdən təpiklə vuran 18 yaşlı müdafiəçini 4 matçlıq diskvalifikasiya edib.
Klubu isə 400 manat cərimə ödəyəcək.
Eyni zamanda, qarşılaşmada ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Sabah-2”nin üzvü İdris İnqilablı komandasının qarşıdakı 2 oyununu buraxmalı olacaq. Masazır təmsilçisi 150 manat cərimələnib.
“Neftçi-2”nin futbolçusu Həbib İsmayılov isə ikinci sarı vərəqə ilə meydandan qovulduğu üçün 1 oyunluq cəzalandırılıb, klubu 50 manat cəriməyə məruz qalıb.