Rusiya Futbol İttifaqı yoldaşlıq matçı üçün AFFA-ya müraciət etdi
Futbol üzrə Azərbaycan milli komandası Rusiya yığması ilə yoldaşlıq oyunu keçirə bilər.
Mediasport.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə açıqlamasında Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov məlumat verib.
Federasiya rəsmisi AFFA ilə danışıqlar apardıqlarını bildirib:
"Azərbaycan, Qazaxıstan və Ermənistanla da danışıqlar aparırıq. Sadəcə, UEFA-ya üzv olan ölkələrlə razılıq əldə etmək asan məsələ deyil. Eyni zamanda, bu millilərin təqvimin sıx olması na görə yoldaşlıq görüşü baş tutmaya da bilər".
Xatırladaq ki, dünyan idman təşkilatlarının böyük əksəriyyəti, o cümlədən FİFA və UEFA Rusiyanı işğalçı siyasətinə görə beynəlxalq yarışlardan kənarlaşdırıb.